Türkiyədə Qarabağda Azərbaycan hərbiçilərini dəstəkləmək imkanlarını nəzərdən keçirilib.
Sfera.az Radio Sputnik-ə istinadla xəbər verir ki, Türkiyə Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələrinə kömək üçün hərbi heyətin göndərilə biləcəyini istisna etmir, amma indi buna ehtiyac yoxdur.
Bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri sübut etdi ki, heç kəsdən yardım almadan, işğal edilmiş ərazilərin azad olunmasında qətiyyət və inadkarlıq nümayiş etdirərək qələbə qazanmağa qadirdirlər.
“Bu üzdən düşünmürəm ki üçüncü tərəf münaqişəyə cəlb edilənədək Türkiyə hərbçilərindən istifadə edilməsinə ehtiyac olsun. Yeri gəlmişkən, qeyd edim ki, üçüncü tərəfin müdaxiləsi bu BMT qətnaməsinin pozulması demək olardı”,- deyə Şentop bildirib.
Onun sözlərinə görə, müraciət daxil olduğu halda, Türkiyə parlamenti münaqişə zonasına hərbçilər göndərilməsi məsələsinə baxmağa hazırdır.
Şentop əlavə edib ki, “Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq”.