Aktual

İlham Əliyevlə Paşinyan Ayaz Mütəllibova görə MÜBAHİSƏ ETDİLƏR

Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirilir.  

N.Paşinyan debatda absurd və həmişəki ampluasında çıxış edib.  

O bildirib ki, Xocalı faciəsi guya Azərbaycan tərəfindən həyata keçirlib. N.Paşinyan bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat gətirib”.  

Azərbaycan Prezidenti İlham Əliyev isə ona tutarlı cavab verib. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar.  

O bildirib ki, Ayaz Mütəllibov dəfələrlə Xocalı faciəsinin Azərbaycan tərəfindən törədildiyini deməsi ilə bağlı iddiaları təkzib edib. Ölkə başçısı qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan dərhal və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close