Aktual

ÜST-dən “tələsməyin” mesajı: “Hələlik sərhədləri açmaq olmaz…”

“Bu gün bir çox ölkələr koronavirusa görə bağladıqları sərhədlərini açmala bağlı bizimlə müzakirələr aparırlar”.

Savash.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir: “Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

H.Harmancı qeyd edib ki, sərhədlər mütləq açılacaq: “Bunun üçün də bütün ölkələrin ciddi əməkdaşlıq çərçivəsində bu məsələni müzakirə etmələri lazımdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close