Aktual

Bu şəxslərə ikinci ay 190 manat verilməyəcək

Aprel ayında birdəfəlik ödəniş alan şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır.

Savash.org bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsindədeyib.

Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:

“190 manat birdəfəlik ödəniş 2 aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq bu məsələyə baxıla bilər. Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu haqda proqnoz vermək və danışmaq tezdir. Hazırda karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır”.

A.Əliyev bildirib ki, koronavirus pandemiyası dövründə əhaliyə ərzaqların paylanması davam edəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close