Aktual

Yeni icra başçısı bu tanınmışın kürəkənidir

Ağstafaya təyin olunan yeni icra başçısı Seymur Orucov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədridir.

“SAVAŞ” xəbər verir ki, o bu gün ölkə başçısının sərəncamı ilə bu posta təyinat alıb. Seymur Orucov həm də keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin bacısı oğludur.

Bu gün həmçinin İmişliyə icra başçısı təyin edilib. Bu rayonun yeni icra başçısı Elçin Adil oğlu Rzayev bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının birinci müavini postunu tutub.

Xatırladaq ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev və İmişlinin sabiq rəhbəri Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close