Aktual

Təhsil Nazirliyinin qarşısında aksiya: Təşkilatçılar saxlandı

“Tələbənin tələbi” layihəsinin iştirakçıları iyunun 1-də Təhsil Nazirliyinə “Ödənişi ləğv et! Və “İmtahanları ləğv et!” şüarı altında petisiya təqdim etməyə çalışıblar. Onlar təhsil haqqının baha olmasına etiraz ediblər.

Müraciəti təqdim etmək üçün gələnlər Rüstəm İsmayılbəyli, Allahverdi Həsənov və Zərifə Novruz nazirlik rəsmilərinin onları orada qəbul edəcəyi adı ilə  polis tərəfindən Təhsil Nazirliyinin Muzeyinin binasına aparılıblar. Bir müddət sonra binadan çıxan Zərifə Novruz bildirib ki, fəalların qurumun nümayəndələri ilə görüşündən sonra binadan çıxarkən R.İsmayılbəyli saxlanılıb və naməlum istiqamətə aparılıb.

Polis görüşün digər iştirakçısı A.Həsənovu və aksiyanı dəstəkləməyə gələn Bakı Dövlət Universitetinin tələbəsi Rəhim Əhmədov, fəal Vüqar Mirzəbəyev, İlham Rəsul, Rəhim Məmmədov və Qiyas İbrahimovu saxlayaraq aparıb.

Polis Təhsil Nazirliyinin qarşısında toplaşanlardan sosial məsafəyə əməl etməyi və karantin rejimini pozmamağı tələb edib. Eyni zamanda mülki geyimli şəxs jurnalist Fərqanə Novruzovaya təzyiq göstərib.

Bakı Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, məsələ araşdırıldıqdan sonra məlumat verə biləcək

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close