Aktual

Bu altı əlamətdən biri… – BƏLKƏ KORONADIR?

Əgər pnevmoniya ilk başda aşkar edilərsə, düzgün müalicə ilə qısa müddətə ram edilə bilər. Hazırda koronavirus pandemiyası vəziyyətində yaşadığınız üçün, ağciyərlərlə bağlı istənilən kiçik simptoma diqqətli olmağınız lazımdır.

“SAVAŞ” medicina.az-a istinadən pnevmoniyanın ilk 6 əlamətini təqdim edir.

– Bədən hərarətinin qalxıb enməsi – Əgər 5 gün və daha artıq 37 dərəcədən yuxarı hərarət varsa, deməli, orqanizmdə güclü iltihabi proses var. Özünü müalicə ilə vaxt itirməyin
– Güclü əzginlik, yorulma, daima yatmaq istəyi – pnevmoniyanın ağırlığındandır. Son günlər bədənin soyuması, soyuq, buzlu nəsə qəbul etmək pnevmoniya yaradır
– Çox güclü öskürək, “it hürməsinə” bənzər səs. Bu zaman çay, siroplarla öskürəyi sakitləşdirməklə vaxt itirməyin.
– Təngnəfəslik, tənəffüsün ağırlaşması, tezləşməsi, kəsilməsi hissi. Xəstə daha tez-tez nəfəs alıb verir, sanki nəfəsdən doymur. Bu zaman ağciyərləri və kürəyi ağrıyır
– Ürək nəbzinin artması, sürətlənməsi, ürəkdə bir çox simptomlar da pnevmoniyanın əlamətləridir

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close