Aktual

Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu tarixdə yekunlaşacaq – RƏSMİ

Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı işlər müəyyən səbəblərdən gecikir.

“SAVAŞ” xəbər veri ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda yolun genişləndirilməsi prosesində son tamamlanma işləri aparılır: “Qrafikə uyğun olaraq yolun genişləndirilməsi prosesi may ayının sonu, iyun ayının ilk ongünlüyündə başa çatdırılmalı idi. İşlər normal qrafiklə davam etdirilirdi. Lakin bizdən asılı olmayan səbəblərdən yekunlaşma işlərində bəzi ləngimələr oldu. Ona görə də yolda tamamlanma işlərini proqnozlaşdırılan vaxta yekunlaşdıra bilmədik”.

Qurum rəsmisi bildirib ki, yolda işlər gələn həftə ərzində tam başa çatdırılacaq və istifadəyə veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması məqsədilə yolun genişləndirilməsinə başlanılıb. Metronun “20 Yanvar” stansiyası qarşısından Masazır dairəsinə qədər olan hissədə genişləndirilmə işləri aparılıb. Bu məqsədlə yolboyu bir neçə obyekt, o cümlədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu sökülərək yeri dəyişdirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close