Aktual

İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi ilə bağlı danışdı

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

“SAVAŞ” xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close