Aktual

ÜST rəsmisi koronavirus dərmanının adını açıqladı – “Dekzametazon”

“Dünyada pandemiyanın yayılma sürəti artır”.

“SAVAŞ” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

O bildirib ki, virusun yayılması sürətlə artmaqdadır:

“İlk bir ay ərzində virus 100 min insana yayılmışdısa, son sutka ərzində yoluxma sayı 180 min nəfərə çatıb. Bu, heç arzuolunan hal deyil. 

Koronavirusa qarşı bir çox peyvəndlər hazırlanır. Bir peyvənd artıq sınağın son mərhələsindədir. Ümid edirəm ki, 2020-ci ilin sonunda bu peyvənd tibb işçilərinin istifadəsinə veriləcək. Dekzametazon dərmanı isə virusa yoluxmuş şəxslərin ölüm riskini azaldır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close