Aktual

Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu – Video

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub.

Savash.org xəbər verir ki, bu barədə mətbuat katibi özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb.

Mais Ağayev koronavirusa yoluxmasına baxmayaraq pozitivliyini qorumağa çalışdığını deyib:

“Biz inanırıq ki, virusa qalib gələcəyik. Çünki dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir. Avtobusda bir sərnişinin məsuliyyətsiz davranışı ictimai nəqliyyatın fəaliyyəti baxımından ciddi bir riskdir”.

O, hər kəsi ehtiyatlı olmağa çağırıb:

“Sabah mənim kimi sürücülər də, qarajlarda çalışanlar da yoluxa bilər. Belə olan təqdirdə marşrut şəbəkəsinin fəaliyyətinin dayandırılması qaçılmaz olacaq. Ona görə də çalışın sağlam qalın”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close