Aktual

190 manatla bağlı QƏRAR DƏYİŞDİ – RƏSMİ AÇIQLAMA

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlardakılara da verilməsinin tətbiq olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

Savash.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

“Bildiyiniz kimi, 190 manatlıq ödənişlə bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunub. 23 iyun tarixindən tətbiq olunmuş narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq: “Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın yaranmaması  ilə bağlıdır. Yeni əlavə olunan 8 yeni rayon üzrə müzakirələr aparılır və qərar qəbul olunacaq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close