Aktual

Ombudsman Aparatının nümayəndələri Tofiq Yaqublu ilə görüşüb

Ombudsman Aparatının nümayəndələri hazırda “City Hospital”da müalicə edilən Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüblər.

“SAVAŞ” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb: “Gecə sistem qoşularaq yatızdırılıb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman Aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

Nigar Həzi əlavə edib ki, vəkillər hələ Tofiq Yaqubluyla görüşə bilməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close