Aktual

Azərbaycanda məktəblər 1 ay bağlanır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə də COVID-19 aşkarlanıb. Ümumilikdə isə bu günə kimi 112 şagirddə koronavirus aşkarlanıb.

Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi?

Bununla bağlı akonkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır:

“Təhsil Nazirliyi qərar qəbul edərkən bütün bu sahədə çalışan qurumlarla birgə fikir mübadiləsi apardı. Operativ Qərargahla birgə iş görüldü və hazırkı optimal qərar qəbul edildi. Qaldı ki, prosesin necə olması, bəli, yoluxma var”.

Deputat qeyd edib ki, məsələ o qədər gərgin və riskli deyil:

“Yəni ölkəmizdə epidemioloji vəziyyət nəzarətdədir. Tədrisin dayandırılıb-dayandırılmayacağı bu prosesin gedişatından asılıdır. Əgər ölkəmizdə virusa yoluxanların sayında artım müşahidə olunarsa, aidiyyatı qurumlar bu məsələyə baxacaqlar”.

Ceyhun Məmmədov vurğulayıb ki, əvvəlki dövrlə müqayisədə ölkəmizdə virusa yoluxanların sayında ciddi azalma müşahidə olunur:

“Müəyyən dərəcədə də insanlarda arxayınlıq var. Biz anlamalıyıq ki, virus təhlükəsi tam sovuşmayıb. Bu gün də dünyada bu təhlükə var. Çalışmalıyıq ki, bu təhlükədən özümüzü qoruyaq. Müəllimlər, şagirdlər, vətəndaşlar sanitar-gigiyenik qaydalara tam əməl etməlidir. İnsanların bəziləri sosial məsafəni gözləmir, maska taxmır və qoyulan qaydalara əməl etmir. Bir daha biz xahiş edirik ki, valideynlər diqqətli olsunlar. Övladlarının yoluxmaması üçün vacib olan addımları atsınlar. Bəzən valideynlər uşaqların arxasınca gəlir, sıx kontaklar olur. Biz bundan qaçmalıyıq. Niyə yoluxma bəzi məktəblərdə var, bəzilərində yox?! Hansı məktəblərdə qaydalara əməl edilir, orada yoluxma aşağı olur. Əgər məktəblərdə qoyulan qaydalara əməl edilməsə, virusla bağlı vəziyyət gərginləşə bilər. İndidən proqnoz vermək çətindir. Heç bir ciddi narahatçılığa əsas yoxdur. Səlahiyyətli dövlət qurumları prosesi nəzarətdə saxlayır. Baş verənlər təhlil və analiz edilir. Əgər ciddi narahatlıq olarsa, müvafiq qurumlar tərəfindən müvafiq qərar qəbul ediləcək. İnsanlar çalışmalıdır ki, qaydalara əməl etsinlər və bu kimi təhlükələrlə üzləşməyək. Dövlət tərəfindən bütün addımlar atılır”.

Deputat Müşfiq Cəfərov söyləyib ki, məktəblərin bağlanmasına ehtiyac yoxdur, çünki artım dinamikasına görə dünyada bizdən də çox yoluxan ölkələr var:

“Sadəcə olaraq belə halların olması məktəblərdə maksimum məsuliyyəti artırmalıdır. Yəni, bu artıma imkan vermək olmaz. Amma məktəb direktorları, regionlardakı təhsil şöbələri, müəllimlər və valideynlər bu işə ciddi yanaşmalıdır. Yoluxmanın olması qaçılmazdır. Çünki çoxlu sayda övladlarımız orta məktəblərdə təhsil alır. Nəzərə almalıyıq ki, bu gün sadəcə ibtidai siniflər məktəbə yollanır. Bakı şəhərində şagirdlər 2, regionlarda isə 3 gün məktəbə gedirlər. Əgər biz planlaşdırırıqsa yuxarı siniflər də məktəbə getsin, o zaman qaydalara ciddi əmək etməliyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close