Aktual

“Siz Ermənistanın tərəfindəsinizsə, biz dörd ölkə də…” – Türkiyədən Rusiyaya sərt reaksiya

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İ.Kalın Qarabağ probleminin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həll olunacağını deyib:

«Azərbaycan bu gün öz torpaqlarını işğaldan azad edir. Azərbaycan hərbi əməliyyatları öz torpaqlarında aparır. Qarabağ Azərbaycan torpağıdır, Minsk Qrupu işğalın sona çatması ilə bağlı ortaya plan qoymayacaqsa, bu münaqişəni həll etmək mümkün olmayacaq. Minsk Qrupu 30 ildir münaqişəni həll edə bilməyibsə, biz daha 30 il də gözləməliyik? Belə olacağı təqdirdə, o zaman başqa mexanizmlər ortaya qoyuruq. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, əgər Rusiya Ermənistan tərəfindədirsə, Türkiyə də Azərbaycan tərəfində olaraq dörd ölkə olaraq bu məsələni həll etmək üçün oturub danışmalıyıq”.

Kalın əlavə edib ki, Türkiyə bu təklifə yox demir. O, Türkiyə Böyük Millət Məclisində həm hakim, həm də müxalifətdən olan deputatların Azərbaycan məsələsində eyni mövqedə olduğunu da diqqətə çatdırıb: “Bu, Türkiyənin milli mövqeyidir».

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close