Aktual

Rəşadətli Azərbaycan ordusu Gəncəyə görə düşməndən amansız qisas aldı

Azərbaycan Müdafiə Nazirliyi düşmənin dünən gecə Gəncəyə həyata keçirdiyi növbəti xain, barbar raket hücumuna görə  Ermənistan işğalçı qüvvələrindən amansız qisas alıb.

Savash.org xəbər verir ki, nazirlik cəbhənin müxtəlif istiqamətlərində düşmən qüvvələrinə endirilən amansız və dəqiq zərbələrin görüntülərini yayıb. Kadrlarda düşmənin döyüş mövqelərində cəmləşən çoxsaylı hərbçisinin ordumuzun zərbələri nəticəsində necə havaya uçduğu və ya parça-parça olduğu görünür. Bu kadrlara əsasən düşmənin ötən gecə yüzlərlə itki verdiyi aydındır. Habelə ordumuz düşmənin çoxsaylı texnikasını, döyüş mövqelərini də darmadağın edib.

Qeyd edək ki, döyüş meydanında acınacaqlı məğlubiyyətə uğrayan düşmən 90-cı illərdə olduğu kimi müdafiəsiz, silahsız dinc əhaliyə hücum etməklə Azərbaycan xalqının iradəsini zəiflətməyə çalışırdı. Lakin ordumuz düşməndən qisası döyüş meydanında alır, özü də amansız qisas. Gəncəyə qarşı törədilmiş barbar hücumun ən böyük qisası isə şübhəsiz ki, Füzuli şəhərinin, rayonunun daha 7 kəndinin ordumuz tərəfindən azad edilməsi oldu.https:

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close