Aktual

Keçmiş nazir Fikrət Yusifov yeni təşkilat yaradır

reklam...

Keçmiş nazir Fikrət Yusifov yeni təşkilat yaradırSabiq maliyyə naziri Fikrət Yusifov yeni təşkilat yaradır. Bu barədə sabiq nazirin yaxın ətrafından məlumat verilib. Məlumata görə, yeni iqtisadi layihələr üzərində işləyən F.Yusifov bu günərdə təşkilat yaradaraq onu dövlət qeydiyyatından keçirib. İqtisadi yönümlü bu QHT-nin adı barədə hələlik məlumat verilməsə də təşkilatın xüsusi iqtisadi araşdırmalar aparacağı və beynəlxalq təcrübələri də əhatə edəcək maliyyə məsələləri üzrə yeni təşəbbüslərlə çıxış edəcəyi bildirilir.
\”Yeni təşkilatın formalaşması prosesi yekunlaşmaq üzrədir. Hazırda işçi heyətinin və təşkilata mütəxəssislərin cəlb olunması məsələsi üzərində işlər aparılır” – deyən mənbə əlavə edib ki, sabiq nazir yaxın günlərdə mətbuat konfransı da keçirməyə hazırlaşır.(virtualaz.org)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close