Dünya

Yerevanda güc strukturları qiyamçılara atəş açdı

Yerevanda güc strukturları qiyamçılara atəş açdı
Yerevanda təhlükəsizlik qüvvələri polis bölməsini ələ keçirmiş qiyamçılara atəş açıblar.

Məlumata görə, qiyamçılardan biri-erməni kəşfiyyatçısı, barəsində onlarla film çəkilmiş Arayik Xandonyan ayağından yaralanıb.

Bu arada qiyamçıların liderlərindən biri-Varujan Avetisyan jurnalistlərlə əlaqə yaradaraq bildirib ki, polis alayının üzərində pilotsuz uçuş aparatı dövrə vurur və ondan əraziyə nə olduğu bilinməyən əşyalar tökülür.

\”Biz həmin əşyalara yaxınlaşmağa qorxuruq, çünki bunlar bomba da ola bilər \”, – deyə Avetisyan vurğulayıb.

İddialara görə, atışma təhlükəsizlik qüvvələrinin girov götürülmüş tibb işçilərini azad etməyə cəhd göstərdikləri vaxt başlayıb.

Vahan Martirosyan

Virtualaz.org-un xüsusi müxbiri

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close