Dünya

Deputat Həmzə Trampın başına 3 milyon dollar pul qoydu

İran KİV-ləri bu ölkə parlamentinin nüfuzlu üzvü Əhməd Həmzə ABŞ prezidenti Donald Trampın başına 3 milyon dollar pul qoyduğu haqda məlumat yayıb. Virtualaz.org xəbər verir ki, İSNA agentliyinin məlumatına görə deputat Həmzə Trampı öldürəcək istənilən kəsə 3 milyon dollar verməyə hazır olduqlarını bildirib.

“Kim Donald Trampı öldürsə Kerman əyalətinin xalqı adından iri məbləğ-3 milyon dollar nəğd alacaq”,-o parlament üzvlərinə deyib.

Hələlik məlum deyil ki, Həmzənin bu sözləri İran hakimiyyətinin mövqeyidir , yoxsa onun şəxsi təşəbbüsüdür. Deputat onu da bildirib ki, əgər İranın nüvə silahı olsa özünü təhdidlərdən qoruya biləcək.

Xatırladaq ki, bundan əvvəl İranın dini lideri ayətullah Xameneyi Trampı “təlxək” adlandırıb. ABŞ prezidenti isə cavab olaraq İran rəhbərlərinə “sözlərində ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close