Dünya

Almaniyada atışma: ölənlərdən 5-i türkdür

Almaniyanın Hessen əyalətinin Hanau şəhərində baş vermiş atışmada ölənlərdən 5 nəfəri türkdür.

Bu barədə Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib. Onun sözlərinə görə, Almaniyadakı irqçi terror hücumunda həyatını itirən 9 nəfərdən 5-i türkdür.

Xatırladaq ki, bu gecə Hanau şəhərində silahlı hücum zamanı 9 nəfər həlak olub, 5 nəfər yaralanıb. Hadisəni törədən şəxsin “ksenofobiya” devizi ilə hərəkət edən Tobias R. olduğu bildirilir. Onun evinə hücum zamanı anası ilə birlikdə meyiti aşkarlanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close