Dünya

Hitlerdən xilas olan yəhudi bankı “əsrin qarəti”nə tuş gəldi – TƏFƏRRÜAT

Almaniyada 18-ci əsrin sonlarında alman yəhudiləri tərəfindən əsası qoyulan və Adolf Hitlerin hökmranlığı dövründə belə fəaliyyətdən qalmayan  M.M. Warburg & Co özəl  bankı irimiqyaslı vergi fırıldağında iştirakda ifşa olunduğuna görə ciddi zərər çəkə bilər.

Sfera.az Bloomberg-ə istinadla  xəbər verir ki, bankın idarəetmə heyətinin sədri Kristian Olearius (Christian Olearius), kredit təşkilatının həmtəsisçisi, sözügedən bankın qurucularının xələfi  Maks Varburq (Max Warburg)  və kredit təşkilatının bir neçə digər top meneceri qalmaqalın mərkəzindədir. Almaniya hakimiyyəti düşünür ki, onlar Cum-Ex adı ilə tanınan fırıldağın iştirakçısı olublar. The New York Times qəzeti həmin olayı Avropa tarixində ən iri vergi fırıldağı, Le Mond nəşri isə əsrin qarəti adlandırıb.

Beynəlxalq jurnalistlər qrupunun apardığı araşdırma nəticəsində ictimaiyyət bu saxta sxem haqda ilk dəfə 2017-ci ildə xəbər tutub. Onlar müəyyən ediblər ki, Avropa maliyyə elitalarının nümayəndələri dövlət büdcəsindən  heç vaxt ödəmədikləri məbləğin saxta yollarla milyarddlarla faizini alıblar. Almaniya hakimiyyəti bu sxemdən ölkəyə dəyən zərərin 10 milyard avro olduğunu iddia edir.

Bloomberg-in yazdığına görə, bankın idarə heyəti Cum-Ex sxemi haqda hələ 2006-cı ildə xəbər tutub, elə o zaman da bu sxemə maraq göstərdiyini ifadə edib və Almaniyada vergi qanunvericiliyi dəyişənədək, yəni 2012-ci ilə qədər həmin sxemdən istifadə edib. Qeyd edilir ki,  sözügedən qalmaqala görə Oleariusla  Varburq artıq öz vəzifələrindən istefa etməli olublar.

Bununla belə, top-menecerlər fırıldaqda iştiraklarını rədd edirlər. Belə ki, Varburq heç vaxt səhmlərlə qanunsuz əməliyyatlar aparmaq, Almaniyanın vergi orqanlarına yanlış məlumat vermək və ya əsassız vergi qayıdışı tələb etmək niyyətində olmadığını bəyan edib. M.M. Warburg & Co bankının bulaşdığı  fırıldaq əməliyyatları ilə bağlı martın sonu, aprelin əvvəllərində hökm oxunacağı gözlənilir.

Selcan

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close