Dünya

Gənc qız metroda Paşinyanın verdiyi bukleti cırıb üstünə tulladı – VİDEO

reklam...

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində Yerevanda təşviqat aparır.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən bildirir ki, martın 6-da təşviqat yeri kimi metro seçilib, sərnişinlərə referendumda “bəli” deməyə çağıran bukletlər paylanıb.

Paşinyan tərəfindən “bəli” yazısı olan bukletlər paylanarkən xoşagəlməz hadisə baş verib. Gənc qız bukleti cırıb və baş nazirin üstünə atıb. Paşinyan isə öz növbəsində buna “Hər şey yaxşıdır, fikrinizə hörmətlə yanaşırıq, demokratiya elə bunun üçün mövcuddur” deməklə reaksiya verib.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close