Dünya

Putin təyyarəsindəki əsas çatışmazlığı açıqladı

reklam...

Rusiya Prezidenti Vladimir Putininin “bir nömrəli təyyarədə” şəxsi paraşütü yoxdur. Dövlət başçısı bu barədə “Kommersant”a müsahibəsində etiraf edib.

“Çatışmayanı demək lazımdır”, – deyə o, vurğulayıb.

Bundan əvvəl Putin xüsusi məktəbdə hazırlıq keçərkən dəfələrlə paraşütlə tullandığını bildirmişdi. Nəşrə müsahibəsində isə məxfi məlumat olmasını əsas gətirərək, belə uçuşların sayını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Rusiya Prezidentinin səfəri üçün bir neçə təyyarədən istifadə olunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close