Dünya

Gürcüstanda fövqəladə vəziyyət elan edilir

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunur.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi  xüsusi brifinqdə bildirib.

Qeyd edib ki, aprelin 21-dək davam edəcək fövəqəladə vəziyyətin elan edilməsi üçün Baş nazir Giorgi Qaxaria  Prezident Salome Zurabişviliyə müraciət edib.

Yerli qanunvericiliyə əsasən, ölkədə fövqəladə vəziyyətin elan edilməsi üçün parlamentin dəstəyi olmalıdır. Məsələ ilə əlaqədar parlamentin xüsusi iclasının bu gün keçiriləcəyi bildirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close