Dünya

ABŞ hakimiyyəti Pentaqondan cəsədlər üçün 100 min kisə istədi – ŞOK

reklam...

ABŞ səlahiyyətliləri koronavirusdan ölüm sayının artacağı təqdirdə Pentaqonun cəsədlər üçün yüz min kisə ayırması üçün adıçəkilən quruma sorğu yolllayıb.

Sfera.az-ın məlumatına görə, belə bir ilginc xəbəri Bloomberg yayıb.

Sorğu fövqəladə hallar üzrə Federal Agentlik (FEMA) tərəfindən göndərilib. Birləşmiş Ştatlar ərazisində koronavirus infeksiyasının yayılmasının və həlak olanların sayının artmasının mümkünlüyündən ehtiyatlanan hərbçilər cəsədlər üçün əlavə kisələrin alınması imkanlarını nəzərdən keçirməyə başlayıblar. Hazırda Pentaqon öz ehtiyatlarından lazımi miqdarda kisə ayıra bilər.

Hazırda ABŞ koronavirus infeksiyasının yayılması üzrə dünyada birinci yerdədir. Con Hopkins Universitetinin məlumatına görə, ölkədə yoluxmuş şəxslərin sayı 215 mini keçib, 5 mindən çox ölüm halı qeydə alınıb,  8,4 min nəfər  isə xəstəliyə qalib gələ bilib.

Daha əvvəl  RİA LİVE24  ABŞ-da insan cəsədlərinin komposta (üzvi gübəyə-red.) çevrilməsi texnologiyasının sınaqdan keçirdiyini bildirmişdi.

Selcan

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close