Dünya

Kim Çen Ina nə olub? – Səfir “xəbərim yoxdur” deyir

reklam...

Şimali Koreyanın Rusiyadakı səfiri ölkəsinin lideri Kim Çen Inın səhhətindən xəbərsizdir.

Savash.org xəbər verir ki, bu barədə Rusiya Dumasının KXDR parlamenti ilə əlaqələr üzrə işçi qrupun rəhbəri, Kommunist partiyasından seçilən deputat Kazbek Taysaev deyib.

O, bildirib ki, səfirliklə əlaqə saxlasa da, rəsmi məlumat olmadığından Kim Çen Inın səhhəti ilə bağlı yazılanları dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, son günlər xarici KİV-lərdə Şimali Koreya rəhbərinin səhhətinin pisləşməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun cərrahi əməliyyatdan sonra komaya düşdüyü, vəziyyətinin ağır olduğu bildirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close