Dünya

Rusiya KİV-i: “Paşinyanın babası Hitler ordusunda xidmət edib”

reklam...

Ermənistanın baş naziri Nikol Paşinyan Qələbə Günü münasibətilə II Dünya Müharibəsində döyüşən babası Nikolay Vartanoviç Paşinyanın foto və sənədlərini paylaşıb, lakin o, Nikolay Paşinyanın nasistlərlə işbirliyinə dair dəlilləri gizlədib.

Savash.org bildirir ki, bu barədə Rusiyanın “Vestnik Kafkaza” nəşri məlumat yayıb.

Rusiya nəşri yazıb: “Erməni lideri, 1913-cü ildə anadan olan və 1943-cü ildə vəfat edən Nikolay Paşinyanın yalnız 1313-cü piyada diviziyasının 554-cü piyada alayında xidmət etdiyini və itkin düşdüyünü əks etdirən sənədi seçib.

Böyük Vətən Müharibəsi üzrə ekspertlər isə qısa müddətdə diqqəti başqa bir sənədə yönəltdilər. Həmin sənəddə də 1913-cü ildə Ermənistan SSR-in İcevan rayonunda anadan olmuş və 1943-cü ildə vəfat etmiş Nikolay Vartanoviç Paşinyandan bəhs olunur – bu, alman arayışıdır”.

Nəşr Almaniya arayışının fotosunu da yayımlayıb. Orada deyilir ki, bu adam SS erməni legionunda xidmət edib, yəni nasist rejimi ilə əməkdaşlıq edib.

Erməni mediası Nikolay Vartanoviç Paşinyanla bağlı “Memorial”ın qeydiyyat bazasında başqa bir qeyd də tapıb Orada bildirilir ki, bu adam “düşmənlə işbirliyində olub və ölüb”.

“Vestnik Kafkaza” belə bir nəticəyə gəlir ki, hər üç sənədin cəmi, ilk növbədə, nasistlərin köməkçisi olan Nikolay Vartanoviç Pashinyanın Böyük Vətən Müharibəsində SSRİ-yə qarşı vuruşa biləcəyini göstərir, çünki erməni SS legionunun hissələri Sovet Ordusuna qarşı döyüşlərdə iştirak edirdi.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close