Dünya

Dünya Çini məşhər ayağına çəkir – Koronavirusla bağlı müstəqil təhqiqat başlayır

reklam...

Koronavirus pandemiyası ilə bağlı müstəqil təhqiqat aparılmasını istəyən ölkələrin sayı getdikcə artır.

Artıq Rusiya da həmin ölkələrin sırasına qatılıb. Beləliklə, müstəqil təhqiqat aparılmasını istəyən ölkələrin sayı 100-ə çatıb. 

Bu təşəbbüslə ilk olaraq Avstraliya çıxış edib. Lakin Çin Avstraliyanın təşəbbüsünü dəstəkləməyib. Çünki bu ölkə koronavirusun ilk mənbəyi kimi Çinin sorğuya çəkilməsini istəyir. Çinə veriləcək suallar isə virusun haradan qaynaqlandığı, Pekinin bununla bağlı davranışları, məlumatların nə qədərini paylaşdığı barədədir. 

Hələ pandemiyanın ilk günlərində ABŞ baş verənlərə görə Çini ittiham edib. Daha sonra məlumat yayıldı ki, koronavirus Çinin Uhan şəhərində fəaliyyət göstrərən hərbi laboratoriyaların birindən yayılıb. Laboratoriyanın xanım əməkdaşlarından biri virusa yoluxub. İkinci yoluxan şəxs isə onun həyat yoldaşı olub. Onun Uhandakı bazara getməsi isə kütləvi yoluxmanı şərtləndirib. Çinin bu səbəbdən virus barədə məlumatları gizlətdiyini, bu məsələdə hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə hərəkət etdiyi barədə iddialar var. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ü ittiham etmiş və artıq bu təşkilata yardım edilməyəcəyini bildirmişdi. 

Ekspertlərin fikrincə, müstəqil təhqiqatın nəticələri Çinin əleyhinə olacağı təqdirdə Pekinə qarşı təzminat məsələsi daha da ciddiləşəcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close