Dünya

Koronavirus Moskvanı cənginə alıb – 2 286 yeni yoluxma

Rusiyada son sutka ərzində 8 min 863 nəfər koronavirus daşıyıcısı aşkarlanıb. 

Ölkədə bugünədək virusa yoluxanların sayı 423 min 741 nəfər olub. Koronavirusla Mübarizə Mərkəzinin açıqlamasına görə, Rusiyada günlük yoluxanların sayında 2.1 faizlik azalma müşahidə edilib. Bildirək ki, yeni virus daşıyıcılarından 2 min 286 nəfər paytaxt Moskvada yaşayır. 

Qeyd edək ki, ölənlərin sayı da 182 nəfər artaraq 5 min 37 nəfərə çatıb. Lakin virusdan sağalanlar da az deyil. 

Belə ki, Rusiyada ümumilikdə 186 mindən çox insan bu xəstəliyi məğlub edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close