Dünya

Qaradərili general ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi təyin olundu

ABŞ Senatı qaradərili general Çarlz Braunun Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsinə namizədliyini təsdiqləyib.

Savash.org xəbər verir ki, bu qərarla ABŞ tarixində bir ilk yaşanıb. Belə ki, ilk dəfə bir qaradərili general qüvvə komandiri kimi xidmət göstərəcək. 

Bildirək ki, Çarlz Braun tam səs toplayıb, yəni 98 senatoru təsdiq etdiyi qərara etiraz edən olmayıb. Lakin bu hadisənin afroamerikalı Corc Floydun öldürülməsi ərəfəsində baş vermədi olduqca diqqət çəkib. 

ABŞ prezidenti Donald Tramp yeni qərargah rəisinin bu münasibətlə təbrik edib: “Senat tərəfindən qərar verildi. Çarlz Braun ABŞ-ın ilk afroamerikalı qüvvə komandiri oldu. Bu ,ABŞ üçün tarixi bir gündür. Böyük vətənsevər və lider olan Çarlz Braunla birgə işləməyi səbrsizliklə gözləyirəm”. 

Qeyd edək ki, general Çarlz Braun yeni təyinatdan əvvəl Hind-Sakit Okean Qüvvələrinin Hava Elementləri komandiri vəzifəsində çalışırdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close