Dünya

Lukaşenko: “Məni qəsdən koronavirusa yoluxdurdular…”

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, onu qəsdən koronavirusa yoluxdurublar.

Lukaşenko bu haqda ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib. Onun sözlərini “Qordon” nəşrinin baş redaktoru, Minskdə müsahibənin yazılmasında iştirak edən Alesya Batsman sitat gətirib.
“Koronavirusu mənə qəsdən atdılar,  biz hazırda bunu araşdırırıq”,-Lukaşenko bildirib.

Belarus prezidenti iyulun 28-də bildirib ki, koronavirusa yoluxub, amma xəstəliyi simptomsuz, ayaqüstü keçirib. Onun sözlərinə görə, həkimlər belə qənaətə gəliblər. “Mən əvvəl dediyim kimi əhalinin 97 faizi bu virusu simtomsuz keçirəcək. Allaha şükür, mən həmin simtomsuzların sırasına düşdüm. Nəhayət mən də bu virusu keçirdərək Belarusun qızıl fonduna daxil oldum”,-o deyib.

Virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close