Dünya

Belarus müxalifətinin lideri Litvaya qaçdı və xalqa müraciət etdi

Belarusu tərk edən və Litvaya qaçan müxalifət lideri, prezidentliyə namizəd Svetlana Tixanovskaya YouTube üzərindən xalqa müraciət edib. Virtualaz.org xəbər verir ki, ölkəni tərk etmək barədə qərarı “tamamilə müstəqil şəkildə” verib.

“ Düşünürdüm ki, seçkiqabağı kampaniya məni çox güclü şəkildə bərkidib və o qədər qüvvə verib ki, hər şeyə tab gətirə biləcəm. Lakin görünür mən elə əvvəlki zəif qadın olaraq qalmışam”,-Tixanovskaya bildirib.

O deyib ki, ölkəni tərk etmək barədə çox ağır qərarı təkbaşına verib. Və Tixanovskaya etiraf edib ki, səsvermə ərəfəsində ona tələ qurublar. “Uşaqlar bizim həyatımızda ən mühüm varlıqlardır. İndi Belarusda baş verənlər heç bir insan həyatına dəyməz”,-o deyib.

Qeyd edək ki, Tixanovskayanı Belarusdan Litvaya hakimiyyət çıxarıb. Onun ölkəni tərk etməsi müxalifət namizədinin seçki qərargahının rəhbəri Mariya Morozu həbsdən buraxmağa imkan verib. Namizədin səlahiyyətli nümayəndəsi Olqa Kovalkova bildirib ki, komandanın bir hissəsi hələ də girovluqdadır. “Vacib olanı budur ki, o azadlıqdadır və sağdır”,-Kovalkova bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close