Dünya

“Yerevanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram” – Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi məsələsinə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu ali məktəbin fəxri doktoru olduğunu xatırlamadığını bildirib.

M.Saakaşvili “Mtavari arxi” telekanalına müsahibəsində fəxri doktor elmi dərəcələrinin çox olduğunu deyib: “Mən həqiqətən də xatırlamıram ki, Yerevanın hansısa universitetinin fəxri doktoru olmuşam. Allah onları qorusun, lakin bununla fəxri adlarım azalmayacaq”.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edəndən sonra Ermənistanın təhsil naziri Araik Arutyunyanın təşəbbüsü ilə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close