Dünya

Mixail Saakaşvilini döydülər – İNSİDENTİN VİDEOSU

Afinada Mixail Saakaşvilini döyüblər.

Sfera.az Sputnik Qruziya-ya istinadla xəbər verir ki, Gürcüstandan olan mühacirlərlə görüşməyə gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Afinada döyülüb.

Video Mtavari TV kanalı tərəfindən yayımlanıb.

Əynində papaqlı gödəkçə olan gənc tədbirin keçiriləcəyi binanın yaxınlığında Saakaşviliyə hücum edib. Kadrlardan göründüyü kimi, o, siyasətçinin başına bir neçə dəfə zərbə endirib.

İnsident nəticəsində daha bir neçə nəfər yaralanıb. Amma başından zərbə alan Saakaşvili mühacirlərlə görüşünü təxirə salmayıb, onlara öz siyasi planları haqda danışıb.

Xatırladaq ki, 2004-cü ildən 2013-cü ilə qədər Gürcüstanın prezidenti vəzifəsini icra edən Mixail Saakaşvili hazırda Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinə rəhbərlik edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close