Dünya

Kadırov şərt qoydu: \”Əks halda arvadımı boşayacam\”

Kadırov şərt qoydu: "Əks halda arvadımı boşayacam"Ramzan Kadırov Çeçenistandan xaricdə istehsal edilən qida məhsullardan imtina etdiyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o, bu haqda \”v kontakte\” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Çeçenistan lideri Qudermesdə uşaq qida məhsulları istehsal edən kombinata gedəndən sonra belə bir qərara gəldiyini qeyd edib.

\”Mən hamıya bildirirəm ki, bu gündən sonra əgər bir qida məhsulu Çeçenistanda istehsal edilirsə, onun xarici ölkədə istehsal edilən analoqu mənim masamda olmamalıdır\”, – deyən Kadırov əks halda həyat yoldaşı Mendini boşayacağını bildirib.

\”Düzdü, bu sözlərə görə anam məni çox danladı. Elə qapının ağzındaca o məni danlamağa başladı ki, \”niyə belə zarafat edirsən?\” Mən isə bunun zarafat olmadığını deməyə cürət edə bilmədim. Onu başı aşağı dinlməyə məcbur qaldım\”, – deyə Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close