Fakt

Cəlilabadda silsilə tədbirlər

Cəlilabadda silsilə tədbirlər
28 iyun 2016-cı il tarixdə Cəlilabad Dövlət Rəsm Qalereyasının inzibati binasında Cəlilabad şəhərində yaşayan eşitmə və danışma əngəlli 11 yaşlı Məmmədli Sinan Qurban oğlunun əl işlərindən ibarət fərdi sərgisi təşkil edilmişdir.Sərginin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanlarının,idarə və müəssisələrin rəhbərləri,valideyinlər və məktəblilər iştirak etmişdir.S.Məmmədlinin əl işlərinin təqdim olunduğu sərgidə bir-birindən maraqlı əl işləri oraya toplaşanların böyük marağına səbəb olub.Sinan Məmmədli qalereyada yaradılmış “gələcəyin rəssamları” dərnəyinə cəlb edilmişdir.

**

28 iyun 2016-cı il tarixdə Cəlilabad şəhər 1 saylı kitabxana filialı tam şəkildə əsaslı təmir və yenidənqurma işlərindən sonra oxucuların istifadəsinə verilmişdir.Bununla yanaşı kitabxanaya yeni oxucuların cəlb olunması və oxucuların səmərəli kitab oxumasını təmin etmək məqsədi ilə oxuculara pulsuz xidmət göstərən “Bookcafe” də istifadəyə verilmişdir.Kitabxana binasının istifadəyə verilmə mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,rayonun hüquq-mühafizə orqanalarının,idarə və müəssisələrin rəhbərləri,oxucular,rayonumuzun ziyalıları iştirak etmişdir.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Azərbaycan dövlətinin mədəni sahəyə diqqət və qayğısı sayəsində bu gün xalqımıza məxsus milli mənəvi dəyərlər bütün dünyada təbliğ edilir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə respublikamızda mədəniyyət məktəbləri, mədəniyyət ocaqları əsaslı təmir olunaraq istifadəyə verilir. Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə bu günlərdə Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar xalqımızın uğuru, böyük mədəniyyəti və gələcək inkişafı deməkdir. Artıq bu sərvətlər bəşəri sərvətlərə çevrilib. RİH başçısı Əziz Əzizov ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb.

**

28 iyun 2016-cı il tarixdə Cəlilabad şəhərində inşa olunacaq 1 №-li klubun təməlqoyma mərasimi keçirilmişdir.Cəlilabad şəhər 1 №-li klubun təməlqoyma mərasimində rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələrini və rayon sakinləri iştirak etmişdir.Mərasimdə son illər rayonda digər sahələr kimi, mədəniyyət müəssisələrinin də maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməsindən söhbət açılmışdır.Çıxşlardan sonra klubun binasının təməlinin qoyulması mərasimi keçirilmişdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close