Fakt

Deputat seçilən iş adamları – SİYAHI

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

“SAVAŞ” xəbər verir ki, Milli Məclisə seçkilərin lider namizədləri arasında keçmişdə iş adamı olmuş şəxslər də var.

MSK-nın verdiyi məlumata görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir.

Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.

70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbuz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan “Embawood” MMC-də 23%, “Embafinans” MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov 04.10.1963-cü il tarixində anadan olub.

Lider namizədlər arasında müxtəlif şirkətlərin əməkdaşları da var.

46 saylı Şirvan Seçki Dairəsindən Yusifov İltizam Balayusif oğlu liderdir. 01.12.1963-cü il tarixində anadan olmuş İltizam Yusifov “Shirvan Operating Company” şirkətində Vitse-Prezidentidir.

53 saylı Quba-Qusar Seçki Dairəsindən Rafailov Anatoliy Xaimoviç öndədir. İxtisasca həkim olan Anatoliy Rafailov “Sağlam Ailə” Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. O, 05.02.1953 tarixində anadan olub.

66 saylı Biləsuvar Seçki Dairəsindən Məhərrəmov Bəhruz Abdurrəhman oğlu liderdir. 22.08.1983-cü il tarixində anadan olmuş Bəhruz Məhərrəmov “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəridir. 

Marja.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close