Fakt

Bakıda qəribə HADİSƏ – Evindən narkotik oğurlanan şəxs polisə şikayət etdi

reklam...

Bakıda narkotik alverçisinin evindən oğurluq edilib.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, M. Qaşqay küçəsində baş verib.

Həmin küçədə yaşayan 1992-ci il təvəllüdlü Ə.Hüseynzadə polis müraciət edərək bildirib ki, yaşadığı evdən 1150 manat pul və 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 2 nəfər, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş 1989-cu il təvəllüdlü K.Muxtarov və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü R.Fətəliyev saxlanılıblar.

Saxlanılan şəxslərin üzərinə baxış keçirilərkən K.Muxtarovdan 1,805 qram heroin, 1,215 qram xaş-xaş, 0,286 qram marixuana, 0, 644 qram həşiş, 1 kapsul narkotik vasitə olan məhlul, R. Fətəliyevin üzərindən isə 8,352 qram heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, saxlanılan şəxslər Ə.Hüseynzadənin evindən pul və qızıl əşyaları deyil, narkotik maddələr oğurlayıb.

Ə.Hüseynzadə də saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close