Fakt

Ekologiya Nazirliyinin vəzifəli məmuru ilə bağlı şok məlumatlar yayıldı (VİDEO)

Cənub meşələrində “yaşıl soyqrım” həyata keçirən Ağaqardaş Qaraşovu qarşıda nələr gözləyi?

Masallılı tanınmışlarının uğurları bizi nə qədər qürurlandırırsa, yüksəldikcə əməlləri ilə bizə xəcalət gətirən həmyerlilərimizin qüsurlu fəaliyyətii bizi o qədər qayğılandırır. Son vaxtlar haqlarında yazılar paylaşdığımı Əsədulla Cəfərov, Elşən Hacızadə və digərlərinin ömür yolu nə qədər fərəhveridici idisə, bu günlərdə vəzifəsindən uzaqlaşdırılan masallılı Ağaqardaş Qaraşov haqqında yayılan məlumatlar bir o qədər ürəkağrıcıdır.

Bu günlərdə əksər ölkə saytları məlumat yaydı ki, Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov işdən çıxarılıb.

O da məlum oldu ki, nazir Muxtar Babayev Ağaqardaş Qaraşovun yerinə Namiq Xıdırovu təyin edib. Ağaqardaş Qaraşov isə eyni əmrlə müvəqqəti olaraq, vəzifəsi kiçildilərək həmin departamentin direktor müavini təyin olunub. (Redaksiyaya daxil olan, hələ tam dəqiqləşdirilməmiş məlumata görə, A. Qaraşov ərizə versə belə, onu, hələ ki, işdən çıxartmırlar. Onunla bağlı yuxarı təşkilatlara olunan aramsız şikayətlər, youtub kanalında yayılan videolar ciddi araşdırılır. Bəzi məlumatlara görə onun fəaliyyətində cinayət tərkibi olan məqamlar aşkarlandığı üçün araşdırmalar çox bəd sonluqla da bitə bilər)

Bəzi xatırlatmalar

AzToday.az xəbər verir ki, Muxtar Babayev nazir təyin olunandan sonra özü ilə nazirliyə gətirdiyi Namiq Xıdırov ETSN-də audit şöbəsinin müdiri işləyirdi. Qeyd edək ki, son zamanlar mediada ölkədə davam edən “yaşıl soyqırım”da əsas günahkarlardan biri kimi Ağaqardaş Qaraşovun adı hallanırdı.

İşdən çıxarılan Ağaqardaş Qaraşov kimdir?

Məlumata görə Ağaqardaş Qaraşov Masallı rayonun Həsənli Ərazi Dairəsinə daxil Köçəkli kəndində anadan olub, 1989-cu ildən 1993-cü ilədək Masallı Meşə İdarəsində sahə rəisi olub. O, Sahə rəisi olarkən ərazisində, Qəriblər meşəbəyliyində çətənə kolları aşkarlanıb.

1993-cü ildən 2008-ci ilədək Masallı Meşə İdarəsinin direktoru olub . Elə o vaxtdan Vüqar Sultanovu (Hazırda Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktorudur) yanından ayırmayıb.

Bu həmin Qaraşovdur ki, Masallı Meşə İdarəsinə direktor keçəndən sonra cənub zonasında “yaşıl soyqırım” başlamışdı.

Bir müddət sonra Vüqar Sultanovun yaxından dəstəyi ilə onu yeni yaradılan “ Azəryaşıllanşaf” ASC-yə sədr qoyublar.

Bu həmin şəxslərdir ki, 2014-cü ildə sabiq nazir Hüseynqulu Bağırov Aeroport yolunda min əziyyətlə əkilmiş ağacların qurumasına görə hər ikisini tutduğu vəzifədən azad etmişdi.

Ancaq nazirlikdə dəyişiklik olandan sonra, Muxtar Babayevin bilgisizliyindən istifadə edən onun birinci müavini Firdovsi Əliyev yerlisi Qaraşovu yenə görəvə aldı.

İndi gəlin Qaraşovun vəzifədən sui-istidadə edərək malik olduğu obyektlərə baxaq.

Belə ki, bu şəxsin Masallı rayonunda qudası ilə şərik olduğu mebel sexi, şəxsən özünə məxsus olan “Hədiyyələr dükanı”, MRX-nın yaxınlığında ikimərtəbəli mağazası, Masallı-Yardımlı yolunun üst hissəsində, daha dəqiq desək “Əli körpüsü”nə çatmamış “Piknik” çay evi və Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Masal mebel”i, “moyka”sı, “proflaktura”sı və s. kimi obyektləri var.

Məsələnin düşündürücü tərəfi odur ki, Ağaqardaş Qaraşovun bu gün təkcə Masallı rayonunun Binəxocavar və Xocavar kəndlərində 120-yə yaxın taxta sexlərinin fəaliyyət göstərdiyi bildirilir.

Gündəlik Yardımlı meşələrindən onlarla maşın Cəlilabaddakı taxta sexlərinə kəsilmiş odun parçaları daşıyırlar.

Yardımlı rayonunun Honuba kəndinin ətraf ərazilərindəki meşə zolaqlarından isə, Masallı rayonunun müxtəlif ərazilərində fəaliyyət göstərən taxta sexlərinə gündəlik kəsilmiş ağac materialları daşınmaqdadır.

Cəlilabad rayonunun Fətullahqışlaq, Oğrubulaq və Axtaxana kəndlərində kömür ocaqlarının fəaliyyət göstərmələri, birbaşa cənub bölgəsindəki meşə zolaqlarının məhvi ilə nəticələnir.

Cəlilabad rayonunun Ağdaş və Vənlik kəndlərinə məxsus odun bazarlarda, meşə zolaqlarından kəsilmiş müxtəlif ölçüdə odun parçalarının açıq şəkildə alqı-satqısının həyata heçirilməsi, məhz Ağaqardaş Qaraşovun üzərinə düşən vəzifəsini hansı formada yerinə yetirdiyini sübut etməyə əsas verir.

Onu da bildirək ki, hazırda departmantdə yoxlamalar aparıldığı barədə məlumatlar da var.

Cenub.az-a bir neçə mənbədən daxil olan məlumatlara görə, A. Qaraşovla bağlı paylaşılan videolarda Masallı meşə idarəsinin sabiq və indiki müdirlərinin, (xüsusən, Meşə sahəsində təhsili olmayan, Masallı Məşğulluq Mərkəzində işləyərkən çox ciddi nöqsanlara yol verən Elsevər İmamyarovun) adları da hallanır. Hətta bildirilir ki, E. İmamyarov məlum videodan adının çıxarılması üçün hörmətli şəxslərin elçiliyi ilə bəxşişli xahiş də edib, lakin şikayətçilər susmayacaqlarını, bu sahədə günahkar şəxslər cinayət məsuliyyətinə cəlb olunana qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər. Şikayətçilər A. Qaraşovla bağlı internet kanallarında olduqca kəskin məlumatlar paylaşırlar…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close