Fakt

KARANTİN CƏRİMƏLƏRİ – Ödəməyənlər ölkədən çıxa bilməyəcək, əmlakları isə… – Rəsmi

Aprel ayının 1-dən bu günə qədər ölkə ərazisində xüsusi karantin qaydasını 55 mindən çox yol hərəkət iştirakçısı pozub.

Savash.org xəbər verir ki, bu barədə məlumatı ”Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O, cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini də açıqlayıb. Bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir. Əks halda nəticə daha ağır ola bilər.

Qeyd edək ki, bu qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni ”Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsi ilə 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. Bəziləri ödəməyəcəyini, bəziləri isə cərimələrin silinəcəyini düşünürlər.

Kamran Əliyev buna da aydınlıq gətirib.

Cərimə olunan şəxs müəyyən olunmuş müddətdə ödəmədiyi halda, öncə onun aylıq əmək haqqına yönəldilir və əməkhaqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close