Fakt

Şəkidəki ayıya görə FHN havaya helikopter qaldırdı, ona iynə vurub…. – FOTO

Şəkidə şəhər mərkəzinə girən ayı ərazidən götürülüb. 

SAVAŞ-ın verdiyi xəbərə görə, bu gün səhər saatlarından etibarən bir neçə saat rayon mərkəzində dolaşan ayıya iynə vuraraq keyləşdiriblər. Sonra isə yük maşınına qoyaraq yaşayış sahəsindən çıxarıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Bakıdan ezam olunan mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib.

O qeyd edib ki, öncə bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close