Fakt

Polisin “dovşan” dediyi qadın prezidentə TƏŞƏKKÜR ETDİ – VİDEO

İyunun 7-də Bakının Yasamal rayonunda polisin keçirdiyi əməliyyat zamanı təhqir olunan qadın videomüraciət yayıb. 

“SAVAŞ”-ın məlumatına görə, vətəndaş hadisə baş verəndən sonra Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladığını deyib: “Yasamaldakı hadisədən sonra mən ölkə başçımıza, əziz Mehriban xanım Əliyevaya müraciət etdim. Mənim müraciətimə baxıldı, lazımi orqanlara çağrıldım. Məni dinlədilər və məlumat verdilər ki, orada iştirak edən əməkdaşlar cəzalandırılıb. Çox təşəkkür edirəm, minnətdarlığımı bildirirəm ki, mənim bu işimə baxıldı”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirmişdi ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib: “Qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”. 


reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close