Fakt

“Zaminbank” ASC-nin sədri HƏBS EDİLDİ

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bankın sahibi saxlanılıb.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb. (unikal.org)

***17:43

“Zaminbank” ASC-nin sabiq  sədri Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar,  bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüblər. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.

 “Zaminbank” ASC 4 il bundan öncə  müflis elan edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close