Fakt

Bu müsəlman ölkəsi Ermənistana silah veribmiş – FAKT

Daha bir ölkənin Ermənistana silah ötürməsi üzə çıxıb.

“SAVAŞ” Haqqın.az-a istinadən xəbər verir ki, İordaniya Krallığı Ermənistanı silahlandırıb.

Məlumata görə, İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirib.

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 qumbaraatanı satılır.

Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri “Naşşab” (Nashshab) adı verilən qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.

Hərbi mənbələrin məlumatına görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close