Fakt

Özünü icra hakimiyyətinin qarşısında yandırmaq istədi

Bu gün Bərdə Rayon İcra Hakimiyyətinin qarşısında 50-55 yaşlarında kişi özünü yandırmağa cəhd edib.

Bu barədə axar.az-a Bərdə sakinləri məlumat verilblər. Bildirilib ki, ətrafdakıların yardımı ilə onun bu cəhdinin qarşısı alınıb və xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib…

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə həmin şəxsin 1967-ci il təvəllüdlü İlham Nəsibov olduğunu bildirib.

Baş həkim qeyd edib ki, İ.Nəsibov onların pasiyentidir: “Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Buna baxmayaraq, vətəndaşdır. Xəstəxananın cərrahiyyə şöbəsində avqustun 27-dən müalicə alırdı.

Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan iy gəlirdi. Öz ayağının iyindən müalicə aldığı palatada da dura bilmirdi. Bu gecə də o üfunətli qoxuya dözməyərək palatadan həyətə çıxıb. Bu gün də həyətdə oturub. Mən də dərhal göstəriş vermişəm ki, onu palataya qaldırın, belə halda həyətə çıxa bilməz. Hətta bildirmişəm ki, müalicə üsulu olaraq ayağı ambutasiya oluna bilər. İstəyirik ki, nəticə yaxşı olsun. O, bundan həyəcanlanıb, qorxuya düşüb”.

Nizami Mehdizadə deyib ki, təcili yardımın həkimləri və mühafizəçilər onu yuxarı çıxara bilməyiblər: “Mən özüm gedərəm”, – deyərək onları aldadıb. Sonra oradan qaçaraq İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib. Özünün dediyinə görə, bu cür yaşamaq ona çətindir. Ayağının kəsilməsini istəmir. Qorxusundan İcra Hakimiyyətinin qarşısında ayaqlarını yandırıb. Dərhal maşın göndərmişəm, gətirmişik. İzolyasiya etmişik. Müalicəsi təyin olunub və bu yöndə proflaktik işlər davam edir. Yüngül yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close