Fakt

İnternetin yeni qaydası təsdiqləndi

İnternetin yeni qaydası təsdiqləndiInternet Corporation for Assigned Names and Numbers (ICANN – internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası domen adları ilə bağlı mübahisələrə baxılma üçün vahid qaydalara (Uniform Domain-Name Dispute-Resolution Policy/UDRP) əlavələri təsdiq edib.

Tətbiq edilən dəyişikliklər UDRP araşdırması çərçivəsində şikayət obyektinə çevrilən domenlərin blok edilməsinə aiddir. Əvvəllər bloklama anlayışının qaydalarda ətraflı izah olunmaması domen adları qeydiyyatçılarına (cybersquatters) məlum cyberflight praktikasına əl atmağa imkan verib. Qeydiyyatçılara qarşı şikayət verilən zaman onlar mübahisəli domeni asanlıqla digər domen qeydiyyatçısına keçirərək ondan uzun müddət istifadə edə bilirdilər.

Qəbul edilən dəyişikliklər bu boşluqları aradan qaldırır. İndi domenin UDRP araşdırması obyekti olması barədə bildiriş alan qeydiyyatçı iki iş günü ərzində domenin köçürülməsini, təkrar qeydiyyatını, eləcə də qeydiyyatdan keçən haqqında məlumatların dəyişdirilməsini istisna edən tədbirlər görməlidir. Həm şikayət edənin, həm də qeydiyyatçının qeydiyyatdan keçmək istəyəni araşdırmanın aparılması barədə məlumatlandırmaması əhəmiyyət kəsb edir. Qeydiyyatçılara bunu etmək isə ümumiyyətlə, qadağandır. Beləliklə, potensial cybersquatters ona qarşı görülən tədbirlərdən xəbərsiz olur və cavab tədbirləri görmək imkanından məhrum edilir.

UDRP proseduru çərçivəsində domenə görə şikayət rədd edildikdə, qeydiyyatçı bir iş günü ərzində əvvəllər tətbiq edilən bütün məhdudiyyətləri ləğv etməlidir. Maraqlıdır ki, əksər iri qeydiyyatçılar UDRP araşdırması çərçivəsində obyektə çevrilən domenin blok edilməsi praktikasından ICANN-ın qəbul etdiyi qəraradək istifadə ediblər.

Qəbul edilən dəyişikliklər 31 iyul 2015-ci il tarixindən qüvvəyə minəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close