Fakt

Şirvandakı silah zavodunda partlayış: 1 ölü, 19 yaralı

Şirvandakı silah zavodunda partlayış: 1 ölü, 19 yaralıŞirvan şəhərindəki zavodlardan birində qəza baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
Zavodun sexlərindən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunun sexlərinin birində baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close