Fakt

Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürüldüSuriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın məlumatına görə, Zərdab rayonu, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.

T. Asdanovun yaxınlarının sayta verdiyi məlumata görə, o 2014-cü ilin sonlarında Suriyaya gedib. T. Asdanov sonuncu dəfə ailəsi ilə iyulun 24-də telefon əlaqəsi saxlayıb. Bir neçə gün sonra isə yaxınları onun ölüm xəbərini alıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close