Gündəm

66 sahibkar icra başçısına qarşı… – Prezidentə şikayət olundu

66 sahibkar icra başçısına qarşı... - Prezidentə şikayət olunduZakir Fərəcov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra “Şərq bazarı” adlanan ərazidə 66 sahibkarın dükanlarının sökülməsi ilə başlanan narazılıq hələ də davam edir.

Reyting.az xəbər verir ki, sahibkarların dükanları 2017-ci ilin may ayında sökülərndə Zakir Fərəcov onlara, həmin ilin sentyabr-oktyabr aylarında yeni obyektlərinin tikilib hazır olacağı haqda zəmanət məktubu verib.

Sən demə, icra başçısı onları aldadıb və Zakir Fərəcov bu günə qədər sahibkarlara verilən vədinə əməl etmir. Daha doğrusu, onlara qısa zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyini vəd eləsə də, tikinti işlərinə heç başlanmayıb.

66 sahibkar icra başçısına qarşı... - Prezidentə şikayət olunduQeyd edək ki, 2017-ci ilin may ayında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükanları və Rəşid Babayevə məxsus obyektlər də daxil olmaqla, mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz sökdürüb.

O vaxtdan bəri sahibkarlar dəfələrlə Prezident Administrasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gediblər, Prezident İlham Əliyevə, Ədliyyə nazirinə, digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazıblar, teleqram göndəriblər.

66 sahibkar icra başçısına qarşı... - Prezidentə şikayət olunduSahibkarların verdiyi məlumata görə, Zakir Fərəcov təkcə onları yox, həm də Prezident Administrasiyasında onları qəbul edən vəzifəli şəxsləri də aldatmaqla məşğuldur. Bu səbəbdən sahibkarlar birbaşa Prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıblar. Şikayətçilər dövlət başçısına müraciətlərində bildirirlər ki, Z. Fərəcov onları aldadır, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına imkan vermir və vədinə əməl edib, pozulan hüquqlarını bərpa etmək istəmir.

Reyting.az Z. Fərəcovun və Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close