Gündəm

Şərurlu İsfəndiyar sükutu pozdu

Şərurlu İsfəndiyar sükutu pozduDünən Ali Məhkəmədə şəhid polkovnik leytenant Sənan Axundovun ailəsi və “Şaiq MTK” arasında mübahisəli mənzil məsələsi ilə bağlı məhkəmə iclası baş tutub. İclasa hakim Əsəd Mirzəliyev sədrlik edib.

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus “Şaiq MTK”-ın hüquqşünası Şahbaz Kərimov bizimyol.info-ya bildirib ki, iddia olunan mənzil şəhid polkovnik leytenant Sənan Axundovun ailəsinə məxsus deyil: “Məhkəmədə mübahisə olunan mənzil “Kamran” MMC tərəfindən saxta sənədlərlə şəhidin qaynatası, Odlar Yurdu Universitetinin müəllimi Zeynalov Novruz Qafar oğluna verilib. Yəni saxta müqavilə şəhidin ailəsinə deyil, şəhidin həyat yoldaşının atasına verilib”.

“Şaiq MTK”-ın hüquqşünası bildirib ki, Zeynalov Novruz Qafar oğlu məhkəmənin qərarı ilə zərərçəkmiş kimi tanınıb: “Hökmdə də bildirilib ki, “Kamran” MMC Novruz Zeynalova dəymiş zərəri ödəməlidir. “Kamran” MMC-nin rəhbərliyi də həbs olunub”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close